14 Mart 2016 22:33
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Bavariya" - "Yuventus" cavab oyununa hakim təyinatları açıqlanıb.

Teleqraf.com-un UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, matçı isveçli Yonas Erikssonun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Ona Mattias Klasenius, Daniel Varnmark köməklik edəcək. Dördüncü hakim funksiyasını Mehmet Kulum yerinə yetirəcək.

Qeyd edək ki, "Bavariya" - "Yuventus" oyunu martın 16-ı keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər