"Barselona" daha bir futbolçusu ilə müqavilə yeniləyib.
Komandanın müdafiəçisi Adriano klubla müqavilənin müddətini uzadıb.
Mövsümün sonunda "Barselona" ilə müqaviləsi başa çatacaq braziliyalı futbolçu komandada qalmaq qərarına gəlib. O, Kataloniya təmsilçisi ilə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, Adriano 2010-cu ildə "Sevilya"dan "Barselona"ya transfer olunub.