Cüdo üzrə qadınlardan və kişilərdən ibarət milli komandamız yarışa hazırlaşır. Aprelin 24-27-də şəxsi və komanda üzrə Avropa çempionatı baş tutacaq. Yarış Fransanın Monpelye şəhərində baş tutacaq. İdmaçılarımız Gənclər və İdman Nazrliyi və Federasiya rəhbərliyi ilə yarışa gedəcəklər.
Azərbaycan cüdo federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədov da idmançılarla birlikdə Fransaya gedəcək. Keçmiş idmançı özü bu barədə Teleqraf.com-a məlumata verib:
“Fransada keçiriləcək Avropa çempionatına hazırlaşırıq. İnanıram ki, yaxşı nailiyyətlərimiz olacaq. Mən də idmançılarla birlikdə gedəcəm.
Bildirim ki, yığmamızın baş məşqçisi Hacıağa Hacıəhmədovun gəlişindən sonra nailiyyətlərimiz yaxşılaşıb”.
Aygün İlqarqızı