"Barselona" İspaniya La Liqasının 30-cu turunda bu gün "Vilyareal"la səfər qarşılaşması öncəsi ciddi itki ilə üzləşib.
Komandanın kapitanı Andres İnyesta zədə səbəbindən bu görüşü buraxmalı olacaq.
Kataloniya klubunun baş məşqçisi Luis Enrike yerli mətbuata açıqlamasında 31 yaşlı yarımmüdafiəçinin "Arsenal"la oyunda əzələsini dartdığını bildirib.(qol.az)