Türkiyə Super Liqasının 26-cı turu çərçivəsində bu gün keçirilməli olan "Qalatasaray" - "Fənərbağça" oyunu terror təhlükəsinə görə təxirə salınıb.
Teleqraf.com xəbər verir ki, Bakı vaxtı ilə saat 22:00-da başlanmalı olan oyuna bir neçə saat qalmış matçın tamaşaçısız keçirilməyi qərara alınıb. Daxili İşlər Naziriliyinin klub rəhbərliyinə müraciətindən sonra azarkeşlər stadiondan çıxarılmağa başlayıb.
Bir müddət sonra isə oyunun təhlükəsizlik səbəbilə təxirə salındığı açıqlanıb.
20:15
Hadisə ilə bağlı Türkiyə Futbol Federasiyası açıqlama verilərək bildirilib ki, oyun hər iki klubun razılığı ilə təxirə salınıb. Qarşılaşmanın nə vaxt keçiriləcəyi bağlı yaxın günlərdə məlumat veriləcək.
Yusif