İdman Arbitraj Məhkəməsi (CAS) "Bayer"in futbolçusu Hakan Çalhanoğluya FİFA-nın verdiyi cəzanı dondurub.
22 yaşlı oyunçunun 4 ay müddətinə futboldan kənarlaşdırılması ilə bağlı cəza dondurulub. H.Çalhanoğlu ilə bağlı yekun qərarın may ayında veriləcəyi bildirilib.
Qeyd edək ki, 17 yaşında olarkən Almaniyanın "Karlsrue" klubunda çıxış edən türkiyəli futbolçu 2011-ci ildə "Trabzonspor"la müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə Çalhanoğlu 2012/2013 mövsümündən Trabzon təmsilçisində çıxış etməli idi. Lakin müqavilənin şərtlərinə əməl etməyən H.Çalhanoğlu "Hamburq"a transfer olunub.
Bundan sonra hərəkətə keçən "Trabzonspor" klubu FİFA-ya şikayət edib. Məsələ ilə bağlı araşdırma aparan FİFA Hakan Çalhanoğlunu 4 ay müddətinə futboldan kənarlaşdırmışdı.