İspaniya millisinin müdafiəçisi Serxio Ramos yığmanın düşərgəsindən ayrılıb.
Buna futbolçunun İtaliya ilə yoldaşlıq görüşündə zədələnməsi səbəb olub.
İlk hissədə zədələnən 29 yaşlı futbolçu fasilədə əvəzlənib. Onun hələlik hansı müddətə sıradan çıxdığı məlum deyil. Lakin Ramosun Rumıniya ilə yoldaşlıq matçında iştirak etməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, İtaliya - İspaniya oyunu 1:1 hesabı ilə yekunlaşıb. //Qol.az