26 Mart 2016 10:00
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım düşmənlərinə meydan oxuyub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, iştirak etdiyi toplantıda “Fənərbaxça”nın bugünkü durumundan danışan prezident ona qarşı irəli sürülən iddialara cavab verib: “Paralelçilərin adamı deyir ki, Əziz Yıldırım haradadır? Görəsən, xaricəmi qaçıb? Mən buradayam. Sizin aranızdayam. Mən bu ölkədə doğuldum, bu ölkədə də öləcəyəm. Onların hamısı qaçır. Onlardan gözlənilən odur ki, gəlsinlər, bu ölkənin məhkəməsinə güvənsinlər, cavab versinlər. Amma təəssüf ki, onlarda bu cəsarət yoxdur”

Bəkir


Müəllif:

Oxşar xəbərlər