Azərbaycan Rusiyada keçiriləcək “Beynəlxalq ordu oyunları” turnirində iştirakını təsdiqləyib.
Teleqraf.com Tass agentliyinə istinadən xəbər verir ki, ikinci “Beynəlxalq ordu oyunları” iyulun 30-dan avqustun 13-dək Rusiya və Qazaxıstan ərazisində keçiriləcək.
Artıq 25 dövlət yarışlarda iştirak barədə qərarını verib. Bu haqda Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığı idarəsinin rəisi İvan Buvalsev məlumat verib.
Onun sözlərinə görə, 47 dövlətin komandası ikinci “Beynəlxalq ordu oyunları”na dəvət edilib, onlardan 25-i yarışlarda iştirakını təsdiqləyib: “Eyni zamanda 7 MDB ölkəsi - Rusiya, Azərbaycan, Ermənistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Belarus müxtəlif yarışlara 62 komanda göndərməyi planlaşdırır”.
Yarışlar çərçivəsində 23 müsabiqənin keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, ötən il birinci “Beynəlxalq Ordu Oyunları” turnirində Ermənistan komandası uğursuzluqla üzləşmişdi, su maneələrini aşmalı olan Ermənistan komandasının tanklarından biri maneəni keçəndən sonra tüstüləmiş, digəri isə aşmışdı.
Nərgiz