30 Mart 2016 22:18
1 629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Euro-2016 hazırlığı mərhələsində dünən gecə 1-1hesabı ilə bitən İsveç-Çex qarşılaşmasında Zlatan İbrahimoviçin hərəkətləri ciddi müzakirələrə səbəb olub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, İbrahimoviç "Bursaspor"un oyunçusu Sivoku təhdid edib.

Oyundan öncə İbrahimoviç Sivokun salamını almayıb. Gərgin münasibətlər oyun zamanı da davam edib. Hətta İbrahimoviç rəqibini təhdid edib. Oyundan sonra açıqlama verən Sivok bildirib ki, İbrahimoviç oyunda özünü çox pis aparıb, rəqiblərinə qarşı kobudluq edib: "İbrahimoviçi yaxşı tanıyıram. Yaşlandıqca qaça bilmir, amma yenə də yaxşı futbolçudur".


Müəllif:

Oxşar xəbərlər