“Çelsi”nin baş məşqçisi Joze Mourinyo “Atletiko”nun hücumçusu Dieqo Kostanı komandasında görmək istədiyini təsdiqləyib.
O bildirib ki, klubdan İspaniya millisinin oyunçusuyla danışıqlar aparmasını xahiş edib: “Kosta mənim “Çelsi”yə gətirmək istədiyim futbolçudur. İnanıram ki, onu klubumuza gətirib müqavilə imzalaya biləcəyik”.
Xatırladaq ki, İspaniya və İngiltərə mətbuatı artıq tərəflərin razılığa gəldiyini və dünya çempionatından sonra rəsmi müqaviləyə imza atacaqlarını yazıb./qol.az/