15 İyun 2014 18:49
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq statistika şirkəti "Opta" Braziliyada keçirilən dünya çempionatının favoritlərini açıqlayıb.

2010-cu ildə keçirilən mundialdan bəri yığmaların oyunlarını analiz edən şirkət Braziliyanı qarşıdakı mundialın əsas favoriti elan edib. Braziliyanın qalib olmaq şansı 23,5 faiz olaraq göstərilir. Digər iki komanda isə Almaniya (16,5) və İspaniya (13,5) yığmalarıdır.

Şirkətin araşdırmasına görə Əlcəzair, Avstraliya, Qana və Kamerun millilərinin dünya çempionu olmaq şansı sıfıra bərabərdir. Braziliya yığmasının ulduzu Neymarın (14,6 %) turnirin bombardiri olacağı iddia edilir. Neymardan sonra Lionel Messi (Argentina) və Kriştianu Ronaldunun (Portuqaliya) adları çəkilir./anspress/


Müəllif: