15 İyun 2014 19:46
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Heç kim məğlubiyyəti, xüsusilə də bu cür ağır məğlubiyyəti xoşlamır. Amma biz nəyə qadir olduğumuzu bilirik. Növbəti mərhələyə keçmək üçün şansımız var”.

Bu sözləri İspaniya millisinin hücumçusu Dieqo Kosta DÇ-2014-də Hollandiya ilə oyun (1:5) haqda danışarkən deyib.

O qeyd ki, İspaniya millisinin potensialı turnirdə daha uzun məsafə qət etməyə imkan verir: “Amma bunun üçün səhvlərimizi düzəltməliyik ki, bir də məğlubiyyətlə üzləşməyək”.

Dünya çempionatında debüt edən Kosta bu yarışda iştirakından məmnun qaldığını vurğulayıb: “Əlbəttə, bu, mənim istədiyim debüt olmadı. Amma istənilən halda şadam. Milli komandamız üçün əlimdən gələni əsirgəməyəcəm”./qol.az/


Müəllif: