13 Aprel 2016 17:40
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rio Olimpiya Oyunlarına lisenziya xarakterli Samsun turniri davam edir.

Teleqraf.com Boks Federasiyasına istinadən məlumat verir ki, artıq yarışların 4-cü günündən sonra növbəti mərhələyə adlayan daha 3 boksçumuz müəyyənləşib. Belə ki, 56 kq çəki dərəcəsndə döyüşən dünya çempionumuz Cavid Çələbiyev moldovalı rəqibi Vyaçeslav Qoyanı məğlub edib.

Rinqə çıxan digər boksçumuz 81 kq çəki dərəcəsində mübarizə aparan, London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov olub. Gürcü əsilli rusiyalı boksçu Giorgi Kuşitaşvili ilə qarşılaşan T.Məmmədov qalib gəlib.

91 kq-da döyüşən Abdulkadir Abdullayev isə litvalı boksçu Tadas Tamasauskasla üz-üzə gəlib. İdmançımız rəqibi üzərində qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, bu gün turnirin 5-ci günündə 49 kq çəki dərəcəsində Rüfət Hüseynov ispaniyalı Samuel Karmona ilə qarşılaşacaq. Qadınların 60 kq çəki dərəcəsində mübarizəsini davam etdirən Yana Alekseyevna isveçli Anye Aleksiussonla döyüşəcək. 64 kq çəkili kişilərin yarışında Lorenso Sotomayor yunanıstanlı Aleksandros Tsanikidislə üz-üzə gələcək. Yarımfinal uğrunda 81 kq-da T.Məmmədov türkiyəli Mehmet Ünalla, 91 kq-da A.Abdullayev irlandiyalı Darren Onillə, ən ağır çəkidə (+91) Məhəmmədrəsul Məcidov isə italiyalı boksçu Quido Vianello ilə döyüşəcək.


Müəllif:

Oxşar xəbərlər