17 İyun 2014 12:55
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorvatiyanın Dubrovnik şəhərində Beynəlxalq Güləş Federasiyası İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilib. Toplantıda FİLA-nın fəaliyyəti, qarşıdan gələn tədbirlər barədə fikir mübadiləsi aparılıb, güləş idman növünün daha da inkişaf etdirilməsi məqsədilə yeni təkliflər irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, güləş ictimaiyyətini maraqlandıran ən maraqlı təklif isə, FİLA-nın adının və loqosunun dəyişdirilməsi təklifi olub.

Belə ki, FİLA İcraiyyə Komitəsinin qərarına görə, qurumun adı Birləşmiş Güləş Dünyası (UWW - United World Wrestling) ilə əvəzlənə bilər.

İcraiyyə Komitəsinin bu qərarı bu ilin sentyabrında Özbəkistanın Daşkənd şəhərində keçiriləcək Dünya çempionatı zamanı FİLA Konqresində müzakirəyə çıxarılacaq. Konqresin müsbət rəy verəcəyi təqdirdə FİLA-nın adı və loqosu dəyişəcək və Birləşmiş Güləş Dünyası (United World Wrestling)adlanacaq.

Aygün


Müəllif: