Mayın 9-da Romada maraqlı tennis qarşılaşması olacaq.
Publika.az xəbər verir ki, “Böyük Dəbilqə” turnirinin 17 qat qalibi Rocer Federer və “Roma” futbol klubunun əfsanəsi Françesko Totti üz-üzə gələcək. Bu barədə Kyara Qambutsa adlı italyan jurnalist “Tvitter” səhifəsində yazıb.
Qarşılaşma “Foro İtaliko” kortunda baş tutacaq. Həmin arena mayın 8-15-də “Masters” turnirini qəbul edəcək.