Mən ilk dəfədir marafonda iştirak edirəm. Təəssüratlarım əladır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2016”nın iştirakçısı italiyalı Anna Andreotti deyib.
“Təəssüf ki, bizim şəhərdə buna bənzər yarışlar azdır. Axı startlar çoxaldıqca, idman daha populyar olur”, - deyən idmançı Bakı marafonunun yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.
A.Andreotti daha sonra deyib: “Mən idmanı, xüsusilə də qaçmağı çox sevirəm. Fiziki hazırlıq illərlə formalaşır. Əgər fiziki hazırlığın varsa, idmanı sevirsəndə, düzgün qidalanırsansa, rejimə riayət edirsənsə, belə yarışlar çətin deyil. Hətta ahıl yaşda da nəticə əldə etmək olar”.