1 May 2016 16:59
1 935
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk dəfədir ki, marafonda iştirak edirdim. Əvvəllər atletika ilə məşğul olmuşam. Uzaq məsafələrə qaçış üzrə dəfələrlə respublika çempionu adını qazanmışam. Bakı şəhəri 23 nömrəli orta məktəbdə idman müəlliməsi işləyirəm. 21 kilometr məsafəni 1 saat 44 dəqiqəyə başa vurduğum üçün çox sevincliyəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri marafonda qadınlar arasında finiş xəttinə ilk olaraq çatan Rahidə Aslanova deyib.

Qadın atlet ümumilikdə 5 mindən çox iştirakçının qatıldığı Bakı marafonu kimi mötəbər tədbirin təşkilinə görə Heydər Əliyev Fondunun nümayəndələrinə, eləcə də layihənin təşəbbüskarlarına minnətdarlığını bildirib.


Müəllif:

Oxşar xəbərlər