18 İyun 2014 15:29
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada təşkil olunan dünya çempionatının ən yaşlı baş məşqçiləri müəyyənləşib.

Teleqraf.com qol.az-a istinadən xəbər verir ki, "Reuters" agentliyi 10 ən yaşlı məşqçinin adını açıqlayıb.

Rusiya millisinin baş məşqçisi Faio Kapello və Uruqvay yığmasının çalışdırıcısı Oskar Tabares mundialın ən yaşlı məşqçiləridir. Hər iki mütəxəssisin 67 yaşı var. İngiltərə millisinin baş məşqçisi Roy Hodson isə siyahıda üçüncü olub.

1. Fabio Kapello (İtaliya, 67 yaş) - Rusiya yığmasını çalışdırır

2. Oskar Tabares (Uruqvay, 67 yaş) - Uruqvay yığmasını çalışdırır

3. Roy Hodson (İngiltərə, 66 yaş) - İngiltərə yığmasını çalışdırır

4. Folker Finke (Almaniya, 66 yaş) - Kamerun yığmasını çalışdırır

5. Luis Felipe Skolari (Braziliya, 65 yaş) - Braziliya yığmasını çalışdırır

6. Otmar Hitzfeld (Almaniya, 65 yaş) - İsveçrə yığmasını çalışdırır

7. Xose Pekerman (Argentina, 64 yaş) - Kolumbiya yığmasını çalışdırır

8. Visente del Boske (İspaniya, 63 yaş) - İspaniya yığmasını çalışdırır

9. Lui van Qal (Hollandiya, 62 yaş) - Hollandiya yığmasını çalışdırır

10. Karluş Keyruş (Portuqaliya, 61 yaş) - İran yığmasını çalışdırır


Müəllif: