18 İyun 2014 16:57
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Braziliyada keçirilən futbol üzrə dünya çempionatının finalına qatılacaq. O, yarışın keçirilmə hüququnu təhvil alacaq.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, çempionatın keçirilmə hüququnun ötürülmə mərasimində Putinlə yanaşı, Braziliya prezidenti Dilma Rusef, Beynəlxalq Futbol Federasiyaları Assosasiyası (FIFA) prezidenti Sepp Blatter, və futbol oyunlarının keçiriləcəyi Rusiya şəhərlərinin rəsmiləri də iştirak edəcəklər.

İyulun 12-i Rio de Janeyro şəhərində keçiriləcək final matçından sonra növbəti Dünya Çempionatının 2018-ci ildə keçirilməsi hüququ Rusiyaya veriləcək.

2018-ci il futbol üzrə Dünya çempionatı Rusiyanın 11 şəhərində keçiriləcək.


Müəllif: