Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində ikinci turun oyunlarına start verilib.
Apasport.az saytının məlumatına görə, A və B qruplarında yer alan milli komandalar növbəti matçlarına çıxıblar.
İlk olaraq Ukrayna və Avstriya milliləri qarşılaşıblar. Qrupdakı birinci oyununda Almaniya ilə 2:2 hesablı bərabərliyə razılaşmış Ukrayna Bosniya və Hersoqovinanın qapısından iki cavabsız qol keçirən Avstriya qarşısında eyni aqibəti yaşayıb. Bu qələbə ilə xalını 6-a çatdıran Avstriya millisi 1/4 finala çıxmaq vəzifəsindən öhdəsindən gəlib.
Qrupun digər oyununda isə turnirə heç-heçə ilə start verən Almaniya Bosniya və Hersoqovinanı məğlub edib. Bundestimi son oyunda artıq vəzifəsinin öhtəsindən gələn Avstriya ilə bərabərlik də qane edəcək.
Millimizin çıxış etdiyi A qrupunun ilk görüşü də Şüvəlanda – “Dalğa Arena”da keçirilib. Qitə birinciliyinə yığmamız üzərində 5:0-lıq darmadağınla start verən Portuqaliya Şotlandiyanı da məğlub edib. Bu dəfə isə daha az hesabla - 2:0. İkinci qələbə ilə xalını 6-a çatdıran pireneylilər artıq 1/4 finala adlamağı rəsmiləşdiriblər.
Yığmamız isə saat Belçikanı qəbul edib. Təbriz Həsənovun yetirmələri ilk matçda Şotlandiyanı xalsız qoyan rəqibinə qarşı yaxşı mübarizə aparıb və meydandan 1 xalla ayrılıb - 1:1.
Bu bərabərlikdən sonra millimiz növbəti mərhələyə çıxmaq şansını nəzəri olsa da, saxlayıb. Düzdü, bunun üçün möcüzə gerçəkləşməlidi, ancaq istənilən halda riyazi olaraq şanslar qalır. Bunun üçün Təbriz Həsənovun yetirmələri Şotlandiyanı ən az 5:0 hesabı ilə məğlub etməli, Portuqaliya isə Belçikanın qapısından ən az 3 cavabsız qol keçirməlidi.
U-17-lər arasında AÇ-2016-nın final mərhələsi
Qrup mərhələsi, II tur
B qrupu
Ukrayna - Avstriya - 0:2
Qollar: Şimdt, 7, Müller, 21
Almaniya – Bosniya və Herseqovina - 3:1
Qollar: Akkaynak, 17, Otto, 66, 72 - Baak, 2 (öz qapısına)
A qrupu
Portuqaliya – Şotlandiya - 2:0
Qollar: Quina, 37, Joze Qomeş, 51
Azərbaycan – Belçika - 1:1
Qollar: Murad Mahmudov, 78 - Boncovanni, 72