Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 17-19 iyun tarixlərində keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən əmlumata görə, hazırda Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri icra olunmaqdadır. Bu səbəbdən Əziz Əliyev küçəsi mayın 13-ü, saat 22:00-dan etibarən mayın 14-ü, səhər saat 06:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Qeyd edək ki, Bakı Şəhər Halqasında aparılan tikinti-quraşdırma işlərinin iyunun əvvəlində tam yekunlaşması nəzərdə tutulur.