19 İyun 2014 12:18
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya milli komandası dünya çempionatının 1-ci turunda ən çox işləyən komanda olub.

Teleqraf.com xəbər verir ki, ruslar Cənubi Koreya ilə qarşılaşmada ümumən 113 min 814 metr məsafə qət ediblər.

Koreyalılar həmin oyunda 108 min 316 metr məsafəni qət ediblər. Müqayisə üçün qeyd edək ki, bu göstəriciyə görə ən yaxşılar arasında Almaniya (111 min 651) və İtaliya (110 min 458) yığmaları da qərarlaşıblar.

Aygün İlqarqızı


Müəllif: