Mayın 25-dən iyunun 5-dək Sloveniyada təlim-məşq toplanışı keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq prosesi dövründə 3 yoldaşlıq oyununda gücünü sınayacaq.
Teleqraf.com AFFA-nın saytına istinadən məlumat verir ki, millimiz mayın 28-də və 31-də Sloveniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.
Sloveniyada sonuncu oyununu iyunun 3-də keçirəcək U-21 Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşacaq.
Hər 3 oyun Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.