"Real"ın yarımmüdafiəçisi Xames Rodriqesə təkliflər gəlməkdə davam edir.
Kolumbiyalı futbolçu bu dəfə PSJ-nin maraq dairəsinə düşüb.
Paris təmsilçisi yay transfer pəncərəsi dönəmində 24 yaşlı futbolçunu heyətinə cəlb etmək niyyətindədir. Loran Blanın komandası bu transfer üçün 100 milyon avrosundan keçməyə hazırdır. "Real"ın bu təklifi necə qarşılayacağı maraqla gözlənilir.
Qeyd edək ki, "Real"ın prezidenti Florentino Peres daha öncə verdiyi açıqlamasında "Arsenal" və "Yuventus"un da hədəfində olan Rodriqesi satmayacaqlarını bildirib.