20 May 2016 20:15
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Arsenal"da 2015/2016 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Azarkeşlər komandanın yarımmüdafiəçisi Məsut Özili mövsümün ən yaxşısı seçiblər.

Ötən mövsüm 45 oyuna çıxan türk əsilli alman futbolçu 3939 dəqiqə meydanda olub. Bu müddət ərzində 8 qol vuran 27 yaşlı futbolçu 20 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Özil 2013-cü ildə 46 milyon avro müqabilində Madrid "Real"ından "Arsenal"a transfer olunub.


Müəllif: