21 May 2016 08:35
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrədə keçirilən taekvondo üzrə Avropa çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə Azərbaycan millisinin 4 idmançısı mübarizə aparıb. Onlardan yalnız Patimat Abakarova finala kimi irəliləyib.

Ölkəmizi Rioda təmsil edəcək Patimat Abakarova (53 kq) çempionata qələbə ilə start verib. O, latviyalı İnese Tarvidanını mübarizədən kənarlaşdırıb – 3:0. Abakarova 1/8 finalda Draqana Qladoviçlə (Serbiya) qarşılaşıb. Döyüş həmyerlimizin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Patimat 1/4 finalda Despina Pilavaki (Kipr) ilə qüvvəsini sınayıb. Olimpiyaçımız bu dəfə də uğurlu seriyasını davam etdirib. O, rəqibini 3:1 hesabı ilə məğlub etməklə, özü üçün ən azı bürünc medalı təmin edib.

Taekvondoçumuz yarımfinalda da yaxşı formada olduğunu nümayiş etdirib. Fransalı Floryen Liborio ilə döyüşən Abakarova 4:2 hesabı ilə qalib gələrək, iddiasını bir daha ortaya qoyub. O, həlledici qarşılaşmada Tatyana Kudaşova (Rusiya) ilə qüvvəsini sınayıb. Lakin Patimat bu dəfə məğlubiyyətə üzülüb. 3:4 hesabı ilə uduzan Olimpiyaçımız ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, komandamız səfərə 17 taekvondoçu ilə yollanıb.


Müəllif:

Oxşar xəbərlər