22 May 2016 18:05
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin Möntrö şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatını Azərbaycan milli komandası bir dəst medalla başa vurub.

Sonuncu yarış günündə Payam Qubadi Uqaz bürünc medala sahib olub.

87 kq. çəki dərəcəsində çıxış edən iranlı legioner ardıcıl olaraq, xorvatiyalı Nikola Boyonu 4:0, fransalı MBar NDiayeni 3:0, böyük britaniyalı Damon Sansumu 1:0 hesabı ilə yenərək, yarımfinala çıxıb. Finala gedən yolda Qubadi rusiyalı Vladislav Larinə 0:10 hesabı ilə uduzub və bürünc medalla kifayətlənib.

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş Radik İsayev isə 87 kq-dan yuxarı çəki dərəcəsində ilk görüşdəcə gözlənilmədən ukraynalı Mixaylo Şelestə 4:5 hesabı ilə yenilərək, mübarizəni dayandırıb.

Qeyd edək ki, əvvəlki yarış günlərində Milad Beigi Harçeqani (80 kq) qızıl, Patimat Abakarova (53 kq) gümüş medal qazanıb.


Müəllif:

Oxşar xəbərlər