30 May 2016 10:00
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə IV Ağıl Oyunları Festivalı keçiriləcək.

Xəzər İntellektual Gənclər Klubundan Teleqraf.com-a verilən məlumta görə, festivalın keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılmasıdır.

IV Ağıl Oyunları Festivalı seçim turları və final mərhələsindən ibarət olacaq.
Festivalın seçim turları paytaxt Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Quba, Şəki, Şamaxı, İsmayıllı, Beyləqan, Mingəçevir, Şəmkir, Lənkəran, Cəlilabad, Zaqatala, Göyçay, Ağcabədi, Biləsuvar rayonlarında keçiriləcək. Seçim turları nəticəsində ən yaxşı nəticə göstərəcək 60 komanda finala vəsiqə qazanacaq.

IV Ağıl Oyunları Festivalı Xəzər İntellektual Gənclər Klubunun 15 illik yubileyi ilə üst-üstə düşməsi ilə də əlamətdar olacaq. Festivalda gənc komandalarla yanaşı, Klubun fəaliyyəti ərzində müxtəlif turnir və çempionatlarda qalib olmuş komandaların da iştirakı gözlənilir.

Festivalın finalı iyunun 25-26-da təşkil olunacaq.


Müəllif:

Oxşar xəbərlər