La Liqa təmsilçisi "Deportivo" baş məşqçisi Viktor Sançeslə yolları ayırıb.
Klub rəhbərliyi 40 yaşlı mütəxəssislə müqaviləni ləğv etməyə qərar verib.
Qeyd edək ki, V.Sançes 2015-ci ilin aprelindən "Deportivo"nu çalışdırırdı.