31 May 2016 00:52
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 29-da qaçırılan “Olimpiakos” klubunun hücumçusu Alan Pulidonun tapıldığı açıqlanıb.

Musavat.com "BBC"-yə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu Meksikanın cinayət səviyyəsinin ən yüksək olduğu Tamaulipas bölgəsində sevgilisi ilə tədbirdən qayıtdığı zaman qaçırılıb.

A.Pulido tapıldıqdan sonra qaçırılması ilə bağlı heç bir açıqlama verilməyib. Futbolçunun hadisədən sonrakı fotolarında əllərinin bağlanılmasına dair ip izlərinin olduğu görülüb.


Müəllif: