3 İyun 2016 20:34
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA-nın sabiq prezidenti Mişel Platini iyunun 10-da vətəni Fransada start götürəcək futbol üzrə Avropa çempinatının oyunlarını stadiondan izləməkdən imtina edib.

Platini FİFA Etika Komitəsinin ona yeni sanksiyalar tətbiq etməsindən ehtiyatlanır.

Fransa Futbol Federasiyası onu xüsusi fərd olaraq turnirin oyunlarını stadiondan izləməyə dəvət etməyi planlaşdırırdı. Lakin Fransa millisinin canlı əfsanəsi "Avro-2016"nın oyunlarını stadiondan izləmək istəməyib.

Qeyd edək ki, FİFA Etika Komitəsi M.Platinini qeyri-qanuni olaraq 2 milyon İsveçrə frankı aldığı üçün əvvəlcə 8 il müddətinə futboldan uzaqlaşdırılıb. Lakin fransalı funksionerin etirazından sonra onu cəzası 6 ilə, daha sonra isə 4 ilə endirilib. Məhz bu cəza səbəbindən Platini fevralın 26-da keçirilmiş FİFA prezidenti seçkisində iştirak edə bilməyib.


Müəllif:

Oxşar xəbərlər