3 İyun 2016 17:56
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis FİFA-nın Surixdəki mənzil-qərargahına basqın edib.

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, ofisdəki sənədlər və elektron məlumatlar müsadirə edilib.

İsveçrə məhkəməsinin qərarına əsasən həyata keçirilən əməliyyatın FİFA-nın sabiq prezidenti Yozef Blatter və qurumun sabiq baş katibi Jerom Valke ilə bağlı olduğu bildirilib.

Qeyd edək ki, FİFA-nın Etika Komitəsi rüşvət almaları ilə bağlı Blatteri 6, Valkeni isə 12 il müddətinə futbol müsabiqələrində fəaliyyətdən kənarlaşdırıb.


Müəllif:

Oxşar xəbərlər