3 İyun 2016 18:07
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün AFFA Lisenziya Komissiyasının iclsı keçirilib.

Teleqraf.com AFFA-nın saytına istinadən məlumat verir ki, komissiyanın mayın 16-da keçirilmiş iclasında növbəti mövsümdə Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş, lakin tələb olunan sənədləri tam həcmdə təqdim etməmiş klublara sənədlərin tamlığını təmin etmək üçün əlavə olaraq 14 gün vaxt verilmişdi.

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclasında həmin klublar tərəfindən əlavə verilmiş 14 gün ərzində təqdim olunmuş sənədlərə baxılıb və klubların lisenziyalaşdırılması üzrə qaydalara (Buraxılış-2015) əsaslanmış müzakirələrdən sonra aşağıdakılar qərara alınıb:

- 2016-17-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin: "Bakı" FK, "Xəzər Lənkəran" FK, "Qaradağ Lökbatan" FK, "Neftçala" FK, "Şərurspor" FK, "Turan" Tovuz FK və "Zaqatala" FK.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Xatırladaq ki, 16 may tarixində qəbul olunmuş qərara əsasən 2016-17-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilib: AZAL PFK, "Kəpəz" PFK, "İnter" PİK, "Qarabağ" FK, "Qəbələ" İK, "Neftci" PFK, Sumqayıt FK və "Zirə" FK.

Qeyd edək ki, Lisenziyalaşdırma Qrupu tərəfindən hazırlanmış hesabat AFFA rəhbərliyinə təqdim olunub. Mövcud vəziyyətlə bağlı yaxın zamanda İcraiyyə Komitəsinin iclasının keçirilməsi və müvafiq müzakirələrin aparılması nəzərdə tutulub.


Müəllif:

Oxşar xəbərlər