Xorvatiya millisi ciddi itki ilə üzləşib.
Qol.az-ın məlumatına görə, yığmanın müdafiəçisi Vedran Çorluka zədələnib.
San Marino ilə yoldaşlıq görüşü öncəsi isinmə zamanı zədələnən futbolçu matçın "18"liyindən kənarda qalıb. Oyunda iştirak etməyən Çorlukanın hansı müddətə sıradan çıxdığı məlum deyil.
Qeyd edək ki, Xorvatiya - San Marino oyunu 10:0 hesabı ilə birincilərin xeyrinə başa çatıb.