Son İngiltərə çempionu “Lester”in futbolçusu Ceymi Vardinin “Arsenal”a keçidi dəqiqləşib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 29 yaşlı hücumçu bu gün London klubunda tibbi baxışdan keçəcək.
Futbolçu sabah İngiltərə millisi ilə Avro-2016 üçün Fransaya yola düşəcək. Buna görə də “Arsenal” sabaha qədər onun transferini həll etmək istəyir.
Bu transferə görə “Arsenla”ın “Lester”ə 22 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, C.Vardi ötən mövsüm Premyer Liqada 36 oyuna 24 qol vurub.