Britaniyanın “Daily Mail” qəzeti “Avro-2016”nın final mərhələsinin iştirakçısı olan 24 ölkədə yerli əhalinin milli çempionatı hansı səviyyədə izləməsi ilə bağlı araşdırma aparıb.
Araşdırmanın nəticəsində ortaya maraqlı faktlar çıxıb. Məlum olub ki, faiz göstəricəsinə əsasən, İslandiya əhalisinin daha çox hissəsi (7.5 faiz – yəni 329 min əhalisi olan ölkə 24 min 684 nəfəri) yerli turnirlərin oyunlarını müntəzən olaraq stadiondan izləyirlər. Bu siyahıda ən pis göstərici isə Rusiya, Türkiyə və Ukraynaya məxsusdur.
Ümumilikdə “Avro-2016”nın iştirakçısı olan ölkələrdə futbola maraq faiz göstəricisinə görə aşağıdakı kimidir:
1. İslandiya – 7.5 faiz
2. İngiltərə - 3.5 faiz
3. İsveç – 2.3 faiz
4. Belçika - 2.2 faiz
5. Portuqaliya – 2.2. faiz
6. İspaniya – 1.8. faiz
7. Almaniya – 1.7. faiz
8. İsveçrə - 1.7 faiz
9. Uels – 1.6 faiz
10. Avstriya – 1.5 faiz
11. İtaliya – 1.2. faiz
12. Şimali İrlandiya – 1.1. faiz
13. Albaniya – 1.1.
14. Çexiya – 1.0 faiz
15. Fransa – 1.0 faiz
16. Slovakiya – 1.0 faiz
17. Xorvatiya – 0.8 faiz
18. Polşa – 0.6. faiz
19. İrlandiya – 0.6. faiz
20. Macarıstan – 0.5 faiz
21. Rumıniya – 0.4 faiz
22. Ukrayna – 0.3 faiz
23. Türkiyə - 0.3 faiz
24. Rusiya – 0.2 faiz