Portuqaliya millisi "Avro-2016"nın final mərhələsi öncəsi sonuncu yoldaşlıq oyununu keçirib.
Fernando Santuşun komandası Estoniya ilə qüvvəsini sınayıb. Portuqaliyada keçirilən görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb – 7:0. Kriştiano Ronaldo və Rikardo Quarejma dublla yadda qalıb.
Qeyd edək ki, Portuqaliya “Avro-2016”da ilk oyununu iyunun 14-də İslandiyaya qarşı keçirəcək. //Qol.az