Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
Teleqraf.com Mərkəzi Banka istinadən xəbər verir ki, hərrac 13 iyun 2016-cı il tarixində saat 11:30-12:00 arası keçiriləcək.
“Bloomberq” ticarət platformasında keçiriləcək hərraca 150 000 000 (yüz əlli milyon) manat çıxardılması nəzərdə tutulub.
Hərrac üzrə müddət 1 ay, faiz dərəcəsi isə 4,01%-6,99% müəyyən olunub.