12 İyun 2016 10:36
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin yanvar-may aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,0 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 20,9 faiz ucuzlaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,4 faiz bahalaşıb.

Dövlət Statistika KomitəsindənTeleqraf.com-a verilən məlumata görə, 2016-cı ilin may ayında aprel ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,7 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,8 faiz ucuzlaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşıb.

Ay ərzində bitkiçilik məhsullarından - xiyar, pomidor, lobya və kələmin istehsalçı qiymətlərində ucuzlaşma, çay yarpağı və almanın istehsalçı qiymətlərində isə bahalaşma müşahidə olunub.

Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib. May ayında heyvandarlıq məhsullarından südün, qoyun və keçilərin istehsalçı qiymətlərində ucuzlaşma, yumurtanın, donuz və quş ətinin istehsalçı qiymətlərində isə bahalaşma qeydə alınıb.

Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Müəllif:

Oxşar xəbərlər