17 İyun 2016 11:54
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Vergilər Nazirliyi ölkə ərazisində ilk dəfə “Tax Free” vergi sisteminin tətbiqinə başlayıb.

Teleqraf.com xəbər verir ki, yeni sistemin tətbiqindən sonra ölkəmizə səfər etmiş xarici vətəndaşların Azərbaycandan aldıqları istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisi (ƏDV) geri qaytarılacaq.

Beləliklə, TAX FREE stikerləri olan ticarət obyektindən alış-veriş edən əcnəbilər ödədikləri ƏDV məbləğini ölkəni tərk etdikləri zaman hava limanında geri ala biləcəklər.

Azərbaycan vətəndaşları, ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilən, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, bilavasitə xidməti vəzifələrini icra edən hava nəqliyyatının heyət üzvü olan şəxslər, yaşı 14-dən aşağı olan şəxslər “Tax Free”dən istifadə edə bilməzlər.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər