24 İyun 2016 08:06
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamenti(AP) fransız aşırı sağ ideyaların təmsilçisi, Milli Cəbhə Partiyasının sabiq lideri Jean-Marie Le Pendən haqsız olaraq ödənildiyi bildirilən 320 min avronu geri istəyir.

Teleqraf.com xəbər verir ki, Le Pen AP-də danışman vəzifəsində çalışdığı zaman qanunsuz olaraq partiya fəaliyyətilə məşğul olub. O, çalışdığı dönəmdə 320 min avroluq qonarar alıb.

AP-nin korrupsiya faktlarını araşdıran Paris Məhkəməsi ötən dövr ərzində Milli Cəbhənin 20 üzvünün danışman kimi AP-də işə götürüldüyünü, reallıqda isə işləməyərək partiya fəaliyyətilə məşğul olduqlarını bəyan edib.

Ayxan


Müəllif: