26 İyun 2016 23:36
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cənub qaz dəhlizi" layihəsinin həyata keçirilməsi Azərbaycana karbohidrogen satışından və nəqlindən təxminən 30-50 milyard dollar qazanmasına imkan verəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) icraçı direktoru Şahmar Mövsümov "Caspian Energy" nəşrinə müsahibəsində bildirib.

Ş. Mövsümov qeyd edib ki, bu, ilkin məlumatdır.

Onun sözlərinə görə, layihə həm Azərbaycanın daxilində, həm də regionda iqtisadiyyatın və infrastrukturun inkişafına imkan yaradır.


Müəllif:

Oxşar xəbərlər