3 İyul 2016 00:54
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sayca yeddinci beynəlxalq hava limanı olacaq Naftalanda yerləşən aeroportunun təmiri 2017-ci ildə başlayacaq.

Teleqraf.com Trend-ə istinadən bildirir ki, bunu Naftalanın mədəniyyət və turizm şöbəsinin direktoru Zöhrab Adıgözəlov bildirib.

Onun sözlərinə görə, aerport fəaliyyətini bərpa etdikdən sonra beynəlxalq hava limanı statusu alacaq.

Bundan öncə bu hava limanı vasitəsilə təyyarələr Bakı - Naftalan istiqamətində "Yak-40" təyyarələri uçurdu, indi isə xarici istiqamətlərdə uçuşlarda mümkün olacaq.

"Bəzən bir gün ərzində aeroport beş reys qəbul edirdi, tədricən onların sayı gündə iki və bir reys qədər azalıb. Ona görə də uçuşların dayandırılması barədə qərar qəbul olundu,", - Adıgözəlov bildirib.

Yeni aeroportun tikintisi dövlət vəsaiti hesabına həyata keçiriləcək. Şöbənin direktoru işlərinin başa çatması müddətini və hava limanının istismara verilməsi tarixi, həmçini xərcləri açıqlamağa çətinlik çəkib.

"Hava limanının fəaliyyəti 1994-cü ildə dayandırılıb və o vaxtdan Gəncədə və Bakıda hava limanları üzərindən uçuşlara bilet almaq üçün kassa funksiyasını yerinə yetirir. Lakin aviareyslərin bərpası, o cümlədən turistlərin sayının artmasına səbəb olacaq", - deyə Adıgözəlov bildirib.

Onun sözlərinə görə, 1988-ci ilədək illik Naftalan şəhərinə turist axınını təxminən 80-84 min nəfər təşkil edirdisə, 2015-ci ildə isə onların sayı 20 minə çatıb, o cümlədən 4800 xarici ölkələrdən. 2016-cu ilin beş ayı ərzində turistlərin ümumi sayı beş min (1200 nəfərlik artım) , o cümlədən 900 xarici turist olub.

"Hələ sovet dövründə Naftalandan turizmdən gələn gəlirlər Krımın, Yaltanın inkişafı üçün göndərilirdi, Naftalanda isə hərbçilər, ana və uşaq üçün sanatoriya tikilib. Şəhərin 2030-ci ilə qədər nəzərdə tutulmuş yeni baş planına əsasən, Naftalanda yeni "Kəpəz" sanatoriyası istifadəyə verilib və hazırda burada doqquz sanatoriya fəaliyyət göstərir. Və onların hamısı müalicə sanatoriyalarıdır. Qiymətlər burada münasibdir və üçdəfəlik qida və müalicəvi prosedurlar nəzərə alsaq, bu gündə adambaşına 30 manatdan başlayır və qiymət, xidmətlər paketi üzrə asılı olaraq artır", - Adıgözəlov bildirib.

Bununla yanaşı, onun sözlərinə görə, Naftalanda xeyli sayda beş manata günlük ev icarəyə götürən var ki, sanatoriyaya müalicəyə gəlir və bu onlara daha ucuz başa gəlir. Onların müalicə xərcləri 12 gün ərzində 120-180 manat arası ola bilər.

Naftalan İcra hakimiyyətinin sektorunun rəhbəri Ülfət Əliyev Trend-ə bildirib ki, şəhərin baş planına uyğun olaraq, hələ fin evlərinin tikintisi nəzərdə tutulur ki, burada sanatoriyaya müalicə üçün gələnlər qala bilərlər.

"Bu, şəhərin qonaqlarına mədəniyyət və mətbəxi ilə tanış olmağa, eləcə də təbiətlə ləzzət almağa imkan verəcək, hansı ki müalicəvidir, xüsusilə mart-aprel aylarında bronxial astma xəstələri üçün", - Əliyev bildirib.


Müəllif:

Oxşar xəbərlər