Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov 2013-cü il iyunun 28-dən müstəqil üzv vəzifəsində olduğu Rusiyanın Bank VTB ASC-nin Müşahidə Şurasının yeni tərkibinə seçilib.
Bankdan Teleqraf.com-a verilən məlumata əsasən, bu qərar VTB səhmdarlarının iclasında qəbul edilib.
Bank VTB-nin Müşahidə Şurası sədri vəzifəsinə Rusiya İqtisadi İnkişaf naziri Aleksey Ulyukayev seçilib.