İyun ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 11 968 yeni abonent qeydiyyata alınıb ki, bunun da 1551-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 10417-i isə regionların payına düşür.
Teleqraf.com SOCAR-ın saytına istinadən xəbər verir ki, bununla da, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 918 710-a çatıb.
1 iyul tarixinə olan məlumata görə, əhali sektoru üzrə 130 964 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 362 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.