İqtisadiyyat naziri Şahin Mustafayev iyulun 22-də Zərdab şəhərində Ağcabədi, Zərdab və Ucar rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşların qəbulu saat 11-dən etibarən Heydər Əliyev Mərkəzində (ünvan: Zərdab şəhəri, Heydər Əliyev Mərkəzi) keçiriləcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-88-67 (21- 79), (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), nazirliyin 195-2 Çağrı Mərkəzi, nazirliyin Aran regional bölməsi (Ünvan: Yevlax şəhəri, Heydər Əliyev prospekti, 34, əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 336-73-10, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və “facebook” səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.