Azərbaycan Mərkəzi Bankı 1 avqust tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Teleqraf.com-a verilən məlumata görə, avqustun 1-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5851 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi isə 1,7721 manat təşkil edir.
1 türk lirəsi 0,5309 manat, 1 rus rublu 0,0240 manatdır.