6 Avqust 2016 18:54
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal bazardakı təklif çoxluğu və azalan tələbata baxmayaraq neftin qiyməti bu ilin sonuna doğru və gələn ilin əvvəlindən bahalaşmağa başlayacaq.

Teleqraf.com-un məlumatına görə, bu sözləri mərkəzi ofisi Londonda yerləşən müstəqil araşdırma şirkəti “Capital Economics”in mütəxəssisi Tomas Puq deyib.

O bildirib ki, “qara qızıl”ın qiyməti bu ilin əvvəlindəki kimi 30 dollar/barrelə düşməyəcək.

İyulun əvvəlindən indiyədək neftin qiymətinin 15 faizdən çox ucuzlaşdığını deyən Tomas Puq buna Kanadadakı meşə yanğınlarının söndürülməsi ilə bu ölkənin neft istehsalının gündəlik orta hesabla 1 milyon barrel artaraq köhnə səviyyəsinə qayıtması, həmçinin Liviyada əsas limanlardan gündəlik orta hesabla 900 min barrel neft ixrac edilməyə başlanmasının təsir etdiyini deyib:

“Neft bazarı bu ilin sonunda özünü kompensasiya etməlidir. Keçən ildən bu vaxtadək qeyri-OPEC ölkələrinin ümumi təklifi gündəlik orta hesabla 1 milyon barreldən çox azalıb. Qlobal neft tələbi də həmin dövrdə bir o qədər artıb. Neftin qiymətinin bu ilin əvvəlindəki kimi 30 dollar/barreldən aşağı düşməsini proqnozlaşdırmırıq. “Layt” və “Brent” markalı xam neftlərinin barrel qiymətlərinin bu ili 45 dollar səviyyəsində tamamlamasını gözləyirik. 2017-ci ilin sonunda qiymətlərin 60 dollaradək bahalaşacağını təxmin edirik” (Azərtac).


Müəllif:

Oxşar xəbərlər