12 Avqust 2016 18:10
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 6-da SOCAR-ın Türkiyədəki ən böyük aktivi olan “Petkim PetroKimya Holding A.Ş.”nin idarə heyəti toplaşacaq.

Teleqraf.com-un məlumatına görə, iclasda şirkətin idarə heyətinin yenidən formalaşdırılması məsələsinə baxılacaq.

Türkiyənin Cəmiyyəti Məlumatlandırma Platformasının (Kamuyu Aydınlatma Platformu (KAP) yadığı məlumatında qeyd edilir ki, iclasda il ərzində idarə heyətinin üzvlüyünə boşalan yerlərə seçki keçiriləcək və idarə heyətinin bəzi üzvləri işdən çıxarılaraq yerlərinə yeniləri təyin ediləcək. Bu çərçivədə Sadəddin Qorqudun şirkətin idarə heyəti üzvlüyündən çıxarılaraq yerinə Anar Məmmədovun təyin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Petkim”in sabiq baş direktoru və idarə heyəti üzvü Sadəddin Qorqud Fətullahçı terror təşkilatı (FETÖ) üzrə istintaq çərçivəsində şirkətdən istefa etdikdən dərhal sonra iyulun 28-də həbs edilmişdi.

“SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) “Petkim”də təxminən 58 faizlik hissəyə sahibdir. SOCAR 2008-ci il mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz (Azərtac).


Müəllif: